AZ

“Futbol həyatı mənə çox şey qazandırıb” – Elvin Məmmədov

Milli komandanın veteran futbolçusu Elvin Məmmədov böyük futbolla vidalaşdı.

“Turan Tovuz”, “Qarabağ”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” və “Şamaxı” kimi klunların formasını geyən Məmmədov peşəkar futbolçu karyerasını yekunlaşdırsa da sabiq komanda yoldaşı Cavid Hüseynov rəhbərlik etdiyi “Cəbrayıl”a keçərək qazonun ətrindən çox da uzaq qalmadı. 35 yaşlı təcrübəli yarımmüdafiəçi sonuncu uğurunu da elə“Cəbrayıl”la qazandı. Böyük futbola əlvida deyən futbolçunun düşüncələrini öyrəndik. Onun “Football-plus.az”a söylədikləri:
“Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Futbol həyatı mənə çox şey qazandırıb. Şükürlər olsun ki, karyeram ərzində milli komandamızın formasını geymək mənə nəsib olub”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
football-plus.az

1Mənbələr