Bir illik fasilədən sonra elitaya qayıdan “Şamaxı”nın yay hazırlıq planı müəyyənləşib.
Fanat.Az "aslanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 1-də Şamaxıda bir araya gələrək təlim-məşq toplanışına başlayacaq.
Eyni adlı şəhərin təmsilçisi hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.