AZ

Qurban bayramını ələ saldılar - Deputat sərt reaksiya verdi

Sosial şəbəkələrdə Qurban bayramı ilə bağlı paylaşımların bir çoxunda inancsız şəxslərin bayram adət-ənənələrini və dini ritualları məsxərəyə qoyması müşahidə olunur. Ötən gün bir sıra paylaşımların rəy bölməsində bayramın mahiyyəti və qurban kəsimi prosesi sözün əsl mənasında lağlağı obyektinə çevrilib, ciddi təhriflərə yol verilib. 

Bu münasibət insanlar arasında sözlü mübahisəyə və kəskin etiraza səbəb olub. Bir çoxları bu kimi məsələləri əsas gətirərək, cəmiyyətdə tolerant ortamın zəiflədiyini və insanların bir-birlərinin dini baxışı və mənəvi dəyərlərinə qarşı hörmətsizlik etdiyini dilə gətirib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsin kiminsə inancını təhqir etməsi düzgün deyil:  SEO Xidməti

“Bu cür paylaşımlar əslində doğru deyil. Başqalarının inancına hörmətlə yanaşmaq lazımdır. Ən azından bunu ələ salmaq olmaz. Təbii ki, Qurban bayramı ilə bağlı müəyyən cahillik elementləri varsa, bunun diqqətə çatdırılması vacibdir. Amma burada təkcə inancsız insanlar inanclı insanların inancını təhqir etmir, dindarların da bir qisminin başqalarının dini baxışına hörmətsiz yanaşmağı təlqin edir. Buna görə də qarşılıqlı qeyri-tolerant mühit var. Bu arzu olunan mühit deyil”. 

Deputat qarşılıqlı tolerant mühitin olduqca önəmli olduğunu qeyd edib:

“Hər kəs demokratik cəmiyyətdə, dünyəvi dövlətdə yaşadığını unutmamalıdır. Başqalarının dəyərlərinə hörmətlə yanaşılmalıdır. Qurban bayramı da inanclı insanlar üçün ən vacib günlərdən biridir və həmin ritualların yerinə yetirilməsi də bununla bağlıdır. Ona görə də heç kimin haqqı yoxdur ki, bu mövzuya öz bildiyi kimi müdaxilə etsin. Amma bütövlükdə biz elə etməliyik ki, təkcə inancsız insanlar deyil, elə inanclı insanlar da müəyyən problemlərin yaşanmasına imkan verməsinlər”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
yenisabah.az

1Mənbələr