AZ

Şamaxıda strateji yol təhlükəli vəziyyətdə — İcra Hakimiyyəti hara baxır? (VİDEO/FOTO)

Şamaxı rayonunun Pirqulu-Dəmirçi yolu yararsız vəziyyətə düşüb.

Demokrat.az xəbər verir ki, turizm mövsümündə turistlərin intensiv hərəkət etdiyi Şamaxı-Pirqulu-Dəmirçi-Lahıc yolu bir neçə gündür avtomobillərin və insanların hərəkəti üçün təhlükəli vəziyyətdədir. 

Bir neçə gündür ki, sözügedən yolda elektrik dirəyi aşaraq, yolu bağlayıb. Nəticədə həmin yolda hərəkət edən avtomobillər qəza şəraiti yaradırlar.

Turizm mövsümü və 5 günlük bayram tətili günlərində yerli və xarici turistlərin intensiv hərəkət etdiyi yolda belə halın baş verməsi çox acınacaqlı və utancverici haldır. 

Şamaxı şəhər İcra Hakimiyyəti və digər aidiyyatı dövlət qurumları isə məsələyə hələ ki, laqeyd yanaşırlar.

 


Anar Ağazadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
demokrat.az

2Mənbələr