AZ

Salyanda fermerin qoyunçuluq təsərrüfatı su qıtlığı səbəbindən məhv olur: "Suyun qarşısını məmur kəsib" (VİDEOREPORTAJ)

Sitat.info bir fermerin hekayəsini işıqlandıraraq bölgələrdəki vəziyyətə diqqət çəkib! Belə ki, Salyanda fermerlər su qıtlığından əziyyət çəkirlər. Su var, sadəcə sahibkarı sıradan çıxarmaq istəyən bir məmur kanalın qarşısını kəsərək dilsiz heyvanları sudan məhrum edir. Görün fermerin başına nə oyun açılır...

Videoda da ömrünü qoyunçuluğa həsr etmiş fermerin şikayətləri öz əksini tapıb. 

5 min xırdabuynuzlu heyvanı olan fermer məmurların əlindən dad edir. Dəfələrlə Nazirliyə müraciət edib,  lakin özbaşınalığın qarşısı alınmayıb. 

Kənd Təsərrüfatı Nazirliyi  bu cür fermerlərə dəstək olmaqla ölkədə ət istehsalını artırmalı, idxaldan asılılığı azaltmağa çalışmalıdır.Hazırda  ölkədən valyuta Gürcüstana axır, öz fermerimiz isə su üstündə mübarizə aparmalı olur...

 

Seçilən
142
3
sitat.info

4Mənbələr