AZ

Jurnalist Sərxan Kamallı dəfn olundu -YENİLƏNİB

Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

Adalet.az  xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

    Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub.

    Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.

    Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

    Sərxan Kamallı bir sıra media qurumlarında çalışıb. Son iş yeri Baku TV olub.

    ***

    09:46

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalistin ölümü ilə bağlı məlumat yayıb.

    Adalet.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

    Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

    ***

    09:09

    Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

    Adalet.az xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

    Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    12
    11
    adalet.az

    10Mənbələr