Türkiyənin İzmir şəhərinin Buca, Çiğli və Aliağa rayonlarında meşə yanğınları başkayıb.
Publika.az xəbər verir ki, naməlum səbəbdən baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir.
Küləyin güclü olduğu ərazidə 4 təyyarə, 3 helikopter, 14 su tankeri və 5 buldozer yanğının qarşısını almağa çalışır.
Qeyd edək ki, yanğınlardan ikisi yaşayış məntəqələrinə yaxın ərazidə baş verib.