Futbol üzrə Avropa çempionatının oyunları davam edir.
Fanat.Az xəbər verir ki, I tur çərçivəsində bu gün daha 3 matç oynanılacaq.
Əvvəlcə Rumıniya və Ukrayna milli komandaları üz-üzə gələcəklər.
Ardından Belçika - Slovakiya görüşü baş tutacaq. Qarşılaşmanı türkiyəli FİFA referisi Xəlil Umut Meler idarə edəcək.
Nəhayət, günə Avstriya - Fransa oyunu ilə yekun vurulacaq.
AÇ-2024
17 iyun
E qrupu
Rumıniya – Ukrayna 3:0 (2-ci hissə)
Qollar: Stançu, 29. Marin, 53. Man, 57
Hakim: Qlen Nyüberq (İsveç).
Münhen. "Alianz Arena"
20:00. Belçika – Slovakiya
Hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. "Deutsche Bank Park"
D qrupu
23:00. Avstriya – Fransa
Hakim: Xesus Mansano (İspaniya)
Düsseldorf. "Merkur Spiel-Arena"