AZ

Putin Şimali Koreya və Vyetnama gedəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 18-19-da Şimali Koreyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, o, daha sonra Vyetnama gedəcək.

Vyetnamdakı danışıqları nəticəsində birgə bəyanat qəbul olunacaq və bir sıra ikitərəfli sənədlər imzalanacaq.


Müəllif: Teleqraf.com
Seçilən
107
5
teleqraf.com

8Mənbələr