AZ

Modriç Messiyə komanda yoldaşı ola bilər

“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını ABŞ-da davam etdirə bilər. Matc.az xəbər verir ki, bir neçə MLS klubu Xorvatiya millisinin kapitanının xidmətində maraqlıdı. Onlar arasında ən diqqətçəkəni sabiq “Barselona”lılar Lionel Messi, Serxio Buskets, Luis Suares və Jordi Albanın formasını geyindiyi “İnter Mayami”di. Adıçəkilən komanda yaxın müddətdə veteran oyunçunu heyətinə qatmağa çalışacaq. Modriç isə daha bir mövsüm Madrid klubunda qalmağın əleyhinə deyil. Lakin bu, klubla futbolçu arasındakı danışıqdan asılı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
matc.az

1Mənbələr