AZ

Kaltsona: “Belçika yığmasının zəif tərəfləri azdır, amma…”

Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Belçkika yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə oyunöncəsi mətbuat konfransında fikir bildirib:

“Komandamız yaxşı vəziyyətdədir, bütün oyunçular bir gün əvvəl məhdudiyyətsiz məşq ediblər və tam bərpa olublar. Belçika yığmasının çox az zəif nöqtəsi var, ən yüksək səviyyəli oyunçulara malikdir. Müsbət nəticə gözləmək üçün əlimizdən gələni etməliyik. Rəqibimizin həm bu oyunun, həm də qrupumuzun favoriti olduğunu bilirik.

Düzdür, Belçika yığması əks-hücum qurmağı yaxşı bacarır, amma bizim də güclü tərəflərimiz var – biz meydanda yüksək təpki göstərə bilərik, amma bunu çox yaxşı etməliyik. Məni narahat edən təkcə Belçika yığmasının əks-hücumları deyil, onun bütün keyfiyyətləridir”, deyə Françesko Kaltsona vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun “E” qrupu çərçivəsində baş tutacaq Belçika – Slovakiya oyunu bu gün, iyunun 17-də Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
arena.az

1Mənbələr