AZ

100 milyonluq satış hədəfi

Teo Ernandes “Milan”ı tərk edə bilər. Matc.az xəbər verir ki, digər tərəfdən onun “rossonyerlər”lə yeni müqavilə imzalaması da istisna deyil. Fransalı cinah oyunçusuna rəhbərlik maaş artımı da daxil olmaqla yeni sözləşmə təklif edəcək. Teonun hazırkı məvacibi 4,5 milyon avrodu. O, ən azı vinger Rafael Leao qədər (bonuslar daxil olmaqla 7 milyon avro) almaq istəyir. Tərəflər yeni müqavilədə anlaşmasa, “Milan” Ernandesi bu yay satmağa çalışacaq. Çünki sözləşməsinin sonuna iki il qaldığından, 26 yaşlı futbolçunu yüksək məbləğə satmaq mümkün olacaq. İtaliya nəhəngi onun gedişindən 100 milyon avro qazanmağı hədəfləyir. Hazırda “Real” və “Bavariya” Teonun transferində maraqlıdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
matc.az

1Mənbələr