AZ

Qazaxda karate üzrə nümunəvi çıxışlar

Qazax şəhər Mütəfəkkirlər parkında "15 iyun Milli Qurtuluş Günü"- nə həsr olunan karate üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, sektor müdiri sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Sahib Namazov çıxış edərək iştirakçıları salamlayıb və bildiriblər ki, nümunəvi çıxışların keçirilməsində məqsəd rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin karate idman növünə marağın artırılması, perspektivli idmançıların aşkar edilməsi, yeniyetmə və gənclər arasında karate idman növünün təbliği və inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.Daha sonra məşqçi-müəllimlər Vüqar Həsənovun və Namiq Həsənovun təlimatları ilə nümunəvi çıxışlar göstərilib.Tədbirin sonunda Qazax və Ağstafa rayonlarının karateçiləri arasında yoldaşlıq görüşü keçirilib. Tədbirdə 25 nəfər idmançı iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
rekord.az

1Mənbələr