AZ

Hələ də Messinin klubuna keçmək barədə razılığa gəlməyib - Di Mariya

Əvvəllər argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın həmyerlisi Lionel Messi ilə “İnter Mayami”də yenidən bir araya gələ biləcəyi barədə məlumatlar var idi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”, “Mançester Yunayted”, “Yuventus” və PSJ-nin keçmiş futbolçusu MLS klubu ilə şəxsi müqavilənin şərtləri ilə bağlı hələ də razılığa gəlməyib.

İyunun 30-da Di Mariyanın Portuqaliya “Benfika”sı ilə müqaviləsi başa çatır.

Argentinalı futbolçu başa çatan mövsümdə “Benfika”nın heyətində bütün yarışlarda 48 matçda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.

Seçilən
140
sportinfo.az

1Mənbələr