AZ

"Aston Villa" "Çelsi"nin futbolçusu ilə maraqlanır

"Çelsi"nin futbolçusu İan Maatsen karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Aston Villa" 22 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Birmingem təmsilçisini gənc oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, İan Maatsen 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında Dortmund "Borussiya"sında keçirib. Niderland millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
sportal.az

1Mənbələr