AZ

Rusiya: NATO-nun nüvə silahı ilə bağlı ritorikası vəziyyəti gərginləşdirir

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin nüvə silahı ilə bağlı ritorikasının vəziyyəti gərginləşdirdiyini deyib.

Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

15-16 iyunda İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitini dəyərləndirən Peskov, bu sammitin Ukrayna böhranına həll yolu verə bilməyəcəyini bildirib.

Macarıstan, Serbiya və Türkiyənin sammitdə qəbul edilən birgə bəyannaməni dəstəklədiyini qeyd edən Peskov, "Bu, ikitərəfli əlaqələri pozmayacaq. Təbii ki, bu ölkələrin yanaşmalarını da nəzərə alacağıq. Bu, bizim üçün vacibdir. Arqumentlərimizi izah etmək üçün davam edəcəyik", - deyə qeyd edib.

NATO-nun baş katibi Stoltenberqin “NATO-da nüvə silahı döyüş başlığının istifadəyə hazırlanması ilə bağlı məsləhətləşmələr aparılıb” açıqlamasını dəyərləndirən Peskov bu açıqlamanın İsveçrədə keçirilən sammitdə qəbul edilən birgə bəyannaməyə zidd olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
aznews.az

3Mənbələr