AZ

Bölgə klubu futbolçularına borclu qalıb: ümid yeni sponsora qalıb

II Liqada son ana qədər I Liqaya vəsiqə uğurunda mübarizə aparan, son anda liderlər qrupundan uzaq düşən “Füzuli”də maliyyə sıxıntısı yaşanır.

Rekord.az xəbər verir ki, komandanın futbolçulara maaş borcu yığılıb qalıb.

Mövsümün yekunlaşmasından 1 aya yaxın vaxt keçsə də, borclar hələ də ödənməyib. Deyilənə görə, komandaya yeni sponsor gəlir. Rəhbərlik də futbolçulara söz verib ki, yeni sponsorun gəlişi rəsmləşən kimi ilk növbədə futbolçuların maaşı veriləcək.

Seçilən
99
rekord.az

1Mənbələr