AZ

“Əlisilahlı” ölkələrin adları açıqlandı – SİYAHI

Dünyanın ən böyük silah idxalçıları Hindistan, Səudiyyə Ərəbistanı və Qətər olub.

Globalinfo.az xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutu (SİPRİ-nin) hesabatında yer alıb. Məlumata görə, 2019-cu ildə bu ölkələr müvafiq olaraq qlobal silah idxalının 9,8%-ni, 8,4%-ni və 7,6%-ni həyata keçiriblər. Ondan sonrakı yerdə hazırda savaşın getdiyi Ukrayna (4,9%) dayanıb.

2023-cü ildə dünyada hərbi xərclər 6,8% artaraq, 2,4 trilyon dollara çatıb. Bu, 2009-cu ildən bu yana ən böyük artımdır. Hərbi xərclərin qlobal ümumi daxili məhsula nisbəti 2,3% artıb. SİPRİ bildirir ki, bu da dünyadakı hökumətlərin öz ölkələrinin büdcəsinin ortalama olaraq 6,9%-ni hərbi xərclərə ayırdığını göstərir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
paytaxt.org

1Mənbələr