AZ

İstirahətdə olan Haland qəfil “hücum”a məruz qalıb

“Mançester Siti”nin hücumçusu Erlinq Haland çətin mövsümdən sonra istirahət edir.



Komanda.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.



Haland Marbellada, “Ocean Beach” klubunda vaxt keçirərkən qəfildən təhlükəsizlik qüvvələri binaya daxil olub. Haland və digər qonaqlar şəxsiyyəti təsdiq edən sənədləri göstərməli olublar. Bu zaman klubun üzərində helikopter dövrə vurub.



Bu cür reydlər “Marbella əməliyyatı” layihəsi çərçivəsində planlaşdırılır. Turistlərə belə hallara hazır olmaq tövsiyə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərErlinq Haland Mançester Siti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
komanda.az

1Mənbələr