AZ

Deşam: “Avstriya yetərincə qiymətləndirilməmiş komandadır”

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya yığması ilə qarşıdakı oyun haqda danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Avstriya yığması yetərincə qiymətləndirilməmiş komandadır. Son bir neçə ildə onlar çox tərəqqi ediblər. Biz onlarla Millətlər Liqasında oynamışıq və necə keyfiyyətli komanda olduğunu görmüşük. Daim inkişaf edən çox istedadlı Avropa komandasıdır.

Bütün gücümüzə, eləcə də düzgün münasibətə ehtiyacımız olacaq. Qələbənin cibimizdə olduğunu düşünmək olmaz, çünki biz Fransa yığmasıyıq”.

Həmçinin fransız mütəxəssis son vaxtlar müzakirə mövzusu olan öz məşqçilik üslubu ilə bağlı da açıqlama verib:

Əlbəttə, mən bir oyunçu kimi öz keçmişimə dayandım, amma uyğunlaşmalı oldum. Oyunçular mənə uyğunlaşmalı deyillər, mən oyunçularıma uyğunlaşmalıyam. Əvvəlki məşqçilərimin işi ilə bağlı yaxşı və müsbət hesab etdiklərimi xatırlamağa çalışıram və eyni zamanda öz cizgimi də əlavə edirəm. Əgər bir oyunçu ilə danışıramsa və ona, onun hisslərini başa düşdüyümü deyirəmsə, bu, bəlkə də nə vaxtsa eyni vəziyyətdə olduğumdan irəli gəlir. Digər tərəfdən, mən heç vaxt özümə istinad etməyəcəyəm və “o vaxt mən” ilə müqayisə etməyəcəyəm. Bu mənim həyatım deyil, mənim hekayəm deyil və ən əsası – bu, oyunçular və indiki məqamdır”, deyə Deşam bildirib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “D” qrupunda Avstriya – Fransa oyunu bu gün, iyunun 17-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
arena.az

1Mənbələr