AZ

Tarixçidən sabiq baş nazirə cavab: “Hanı islamdan sonrakı türk dövlətləri?!”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn bu günlərdə kifayət qədər maraqlı və ziddiyyətli fikirlər işlədib.

O, özünün sosial şəbəkə hesabında Qurban bayramı təbrikində bunları deyib:

“İçimizdəki islamofobların menyusuna. Hanı islama qədər tarixdəki Çini, Avropanı, Amerikanı fəth edən, yurd edən saysız türklər, türk qövmələri? Adlarını (kimliklərini) da, dillərini də, dövlətlərini də itirdilər. Yalnız islamı qəbul edən türklər adlarını da, dillərini də, dövlətlərini də yaşatdılar. İslam türklüyü, türklük islamı yaşatdı! Və əbədiyyən belə olacaqdır!”

Maraqlıdır, onun bu mövqeyi nə dərəcədə əsaslı və doğrudur?

Sabiq baş nazirin bu sözləri az qala türk millətinin islamdan öncəki varlığını şübhə altına almırmı?

Globalinfo.az-a danışan tədqiqatçı Dilqəm Əhməd deyib ki, hörmətli Pənah Hüseynin fikirləri yeni deyil.


Seçilən
45
1
paytaxt.org

2Mənbələr