AZ

Sezar Navas: “İspaniya Avropa çempionatını qazanmağa qadirdir”

“Rubin”in sabiq ispan mərkəz müdafiəçisi Sezar Navas hazırda Avropa çempionatında iştirak edən İspaniya yığmasının gücündən danışıb.

Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bəli, inanıram ki, İspaniya yığması Avropa çempionatını qazanmağa qadirdir, baxmayaraq ki, Almaniya, Fransa, İngiltərə kimi digər komandalar da var. Onların da böyük heyəti və qalib gəlmək üçün çoxlu imkanları var. Düşünürəm ki, ən yaxşı komandaların səviyyəsi təxminən eynidir. Xırda xüsuslar son qalibin müəyyən edilməsində fərq yaradacaq. Amma bəli, İspaniyanın favoritlər arasında olduğunu düşünürəm”, deyə Sezar Navas vurğulayıb.

Xatırladaq ki, İspaniya millisi Almaniyada keçirilən Avropa çempionatına qələbə ilə start verib. Sözügedən komanda startda Xorvatiyanı 3:0 hesabıyla üstələyib. B qrupunda yer almış ispanları qarşıda Albaniya və İtaliya yığmaları ilə də oyunlar gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
arena.az

1Mənbələr