AZ

Netanyahu hərbi kabineti ləğv etdi - yeni kabinet olmayacaq...

Image

İsrail mediası baş nazir Benyamin Netanyahunun 7 oktyabr hücumundan sonra yaradılan hərbi kabineti ləğv etdiyini və yeni kabineti formalaşmayacağını yazıb.

Netanyahunun qərarı Benni Qantsın kabinetdən istefa verməsindən 8 gün sonra verilib. İsrailin hərbi kabineti 2023-cü il oktyabrın 11-də, HƏMAS-la oktyabrın 7-də münaqişə başlayandan sonra yaradılıb.

İsrail mətbuatının məlumatına görə, Netanyahu bu ərarı həftəlik Nazirlər Şurasının iclasından sonra verib. Netanyahu hərbi kabinetin üzvlərinə kabinetin buraxıldığını bildirib.

Benni Qantsın hazırkı harbi kabinetdən ayrılmasından sonra yeni kabinet qurulmayacağını bildirən Netanyahu, hərbi kabinetin Qantsın tələbi ilə qurulduğunu və istefasından sonra kabinetə ehtiyac olmadığını bildirib.

Hərbi kabinetin üzvü Qants iyunun 9-da fövqəladə vəziyyət hökumətindən istefa verdiyini açıqlayıb. Onun ardınca kabinetin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot da Netanyahunun rəhbərlik etdiyi fövqəladə vəziyyət hökumətindən istefa verib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
baki-xeber.com

1Mənbələr