AZ

Messi Argentinanın böyük gələcək vəd edən oyunçusundan danışdı

“İnter Mayami”nin və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi millidəki komanda yoldaşı Valentin Karbonini tərifləyib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Qvatemala yığması ilə yoldaşlıq oyunundan (4:1) sonra “İnter”in futbolçusu barədə bunları dilə gətirib:

“Onun bu günü və gələcəyi var. Biz onun istedadından, eləcə də yığmamıza gələn digər oyunçuların istedadından istifadə etməliyik”, deyə Messi vurğulayıb.

“Lanus”un yetirməsi olan Valentin Karboni əvvəlcə “Kataniya”ya, daha sonra “İnter”ə cəlb olunub. 2020-ci ildən İtaliya klubunun sıralarında olan hücumameyilli yarımmüdafiəçi 2022-ci ildən Milan təmsilçisinin əsas komandasına cəlb olunub. O, əsas komandada cəmi 6 matça çıxıb. Geridə qalmış mövsümdə isə Karboni “Montsa”da icarədə olub. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Vaxtilə İtaliyanın U-17 yığmasında oynamış Karboni, 2022-ci ildən Argentinanın U-20 millisinə cəlb olunub. Bu ilin mart ayında Argentinanın əsas millisində debüt etmiş yarımmüdafiəçi, 2 oyuna çıxsa da, fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
arena.az

1Mənbələr