AZ

Məşhurlar qurban kəsə bilib? - SORĞU

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir.

Bütün müsəlman aləmində bu bayram yüksək səviyyədə qeyd olunur. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Görəsən, məşhurlar bu müqəddəs gündə qurban kəsəcəklərmi və ya kəsiblərmi?

Müğənni Manaf Ağayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hər il qurban kəsir:

"Mən uzun illərdir ki, Qurban bayramında heyvan kəsib ehtiyacı olanlara paylayıram. 

Bu il də heyvan kəsərək müsəlman kimi borcumu yerinə yetirirəm".

Mügənni Əli Mirəliyev isə deyib ki, o, hər zaman bayramlarda özəl olaraq iştirak etməyə can atıb:

"Mən sənət adamı olaraq hər zaman bayramlarda canla-başla iştirak etmişəm. Hər il olmasa da, amma istər müqqədəs Qurban bayramında, istərsə də əhd edib qurban söz vermişəmsə, hər birində imkan daxilində heyvan kəsmişəm. Ancaq uca rəbbimiz buyurub ki, Qurban bayramında kimin imkanı varsa, qoy o heyvan kəssin. Arzu edirəm ki, elə imkanımız olsun  nəinki quzu, böyük bir dəvə kəsə bilək".

Xalq artisti Niyaməddin Musayev isə bildirib ki,  bu il qurban kəsməyib:

"Bu ii mən qurban kəsə bilməmişəm. Lakin ondan öncəki illərdə hər il olmasa da quzu kəsmişəm. Ondan əlavə, kəsdiyim heyvanları kasıblara paylamışam. Mən gördüyüm işləri ictimaiyyətlə bölüşmədiyim üçün bu haqda danışmağı da sevmirəm. Qurban kəsmək hər bir imkanı olan müsəlmanın borcudur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
cebheinfo.az

5Mənbələr