AZ

Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevinabidəsini ziyarət edib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizinəziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova tibbişçilərini peşə bayramı münasibətilə təbrik edib, şərəfli işlərindəuğurlar arzulayıb.

Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri HeydərƏliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin PeşəBayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini,tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoruSəyyaf Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevinmüəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirənPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanımƏliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir,ehtiyacı olan səhiyyə müəssisələri bərpa edilərək müasiravadanlıqlarla təmin edilir.

Xaçmaz rayonunda bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.Hazırda Xudat şəhərində müasir tələblərə cavab verən yeni tibbocağı inşa olunur.

Tədbirdə çıxış edən tibb işçiləri göstərilən diqqət və qayğıyagörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarınıbildiriblər.

Sonda bir qrup səhiyyə işçisinə rayon icra hakimiyyətinin FəxriFərmanları və xatirə hədiyyələri təqdim olunub.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
az.trend.az

1Mənbələr