AZ

Narışkin Ukraynaya xəbərdarlıq etdi: Putinin təklifdən imtina etsələr...

Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü təklifdən imtina etsələr, Ukrayna üçün sülh sazişinin bağlanmasının növbəti şərtləri daha mürəkkəb və sərt olacaq.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a müsahibəsində bildirib.

“Sülhün əldə edilməsinin və hansısa sülh sazişinin imzalanmasının mümkün olduğu növbəti şərtlər Ukrayna üçün daha çətin və sərt olacaq”, - deyə o, yeni sülh təklifinin rədd ediləcəyi təqdirdə Ukraynanın başına nə gələcəyi ilə bağlı sualı cavablandırıb.

Bundan əvvəl Putin Ukraynadakı münaqişənin həlli üçün yeni sülh təklifləri ilə çıxış edib.
 

İlkin şərtlər arasında Krımın, eləcə də DXR, LXR, Xerson və Zaporojyenin Rusiya Federasiyasının ərazisi kimi tanınması, Ukrayna qoşunlarının qeyd olunan rayonlardan tamamilə çıxarılması, Kiyevin NATO-ya üzv olmaqdan imtinası qeyd edilib.


S.Narışkin ABŞ hərbi bazalarının Ermənistan ərazisində peyda olması ehtimalına münasibət bildirib. O deyib ki. bu haqda müzakirə aparmaq hələ tezdir.

Qeyd edək ki, Ermənistan-ABŞ strateji dialoq görüşünün yekun birgə bəyanatında tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəkləri bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
modern.az

2Mənbələr