AZ

Gürcüstanla Rusiya arasında viza rejimi ləğv edilir

"Rusiyanın müvafiq idarələri Gürcüstan tərəfinin Rusiya Federasiyası ilə Gürcüstan arasında viza rejiminin ləğvi ilə bağlı müraciətini təhlil edəcək".

Sitat.info xəbər   verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov Gürcüstan tərəfinin Rusiya Federasiyası ilə viza rejiminin ləğvi təklifinə hər hansı reaksiyanın olub-olmayacağı sualına da cavab verib.

“Xeyr, düzünü desəm, reaksiya görmədim, amma olsaydı, onda görərik. Və təbii ki, bizim müvafiq idarələrimiz bu müraciəti təhlil edəcəklər”. 

Bundan əvvəl “Sülh naminə Gürcüstan həmrəyliyi” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putindən Rusiya ilə Gürcüstan arasında viza rejimini ləğv etməyi xahiş ediblər.

Türkan,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
sitat.info

1Mənbələr