AZ

Macar parlamentarilər Milli Məclisdə olublar (FOTO)

Bakı. Trend:

İyunun 17-də Macarıstan Milli Assambleyasının Azərbaycanladostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan ApatiMilli Məclisdə olublar.

Parlamentdən Trend-ə verilənməlumata görə, əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclaszalı ilə tanış olub.

Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birincimüavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupununrəhbəri Əli Hüseynli parlamentin sədri Sahibə Qafarovanın adındanqonaqları səmimi salamlayaraq, dövlətlərarası münasibətlərininkişaf dinamikasından məmnunluğunu ifadə edib, ölkələrimizarasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinindərinləşdirilməsində dövlət başçılarının xüsusi rolunuvurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında qanunvericiorqanların özünəməxsus rolu qeyd olunub, qarşılıqlı səfərlərin,aparılan görüşlərin, müntəzəm təmasların, həmçinin beynəlxalqparlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın mühüməhəmiyyəti vurğulanıb. Parlamentlərin profil komitələri, o cümlədəndə parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsininvacibliyi haqqında danışılıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəaparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışan ƏliHüseynli, Macarıstan tərəfinə Cəbrayıl rayonunun Soltanlı kəndininyenidən qurulmasında iştirakına görə təşəkkürünü bildirib.

Görüşdə çıxış edən parlamentin Macarıstanla parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov, ikitərəfliəlaqələrin inkişaf perspektivlərinə toxunub, əlaqələrindərinləşməsində ölkə başçılarının şəxsi münasibətlərini qeydedib.

Azərbaycana səfərin məqsədləri barədə danışan Azərbaycanladostluq qrupunun rəhbəri Attilla Tilki, iyunun 15-də Şuşa şəhərindəkeçirilmiş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar vəqlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edərək, bildiribki, xalqlarımızı ortaq dəyərlər birləşdirir.

Dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarınınyürütdüyü məqsədyönlü siyasət barədə danışan Azərbaycanla dostluqqrupunun rəhbəri, Macarıstanın daim Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyini dəstəklədiyini vurğulayıb, bu dəstəyin bundan sonrada bütün səviyyələrdə davam etdiriləcəyinə əminliyini ifadəedib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Macar
Macar
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
6
az.trend.az

7Mənbələr