AZ

Dünya düzəni dəyişir - Nə baş verəcək?

Yaxın gələcəkdə BRİKS ölkələri dünyaya köhnəlmiş dünya düzəninə əhəmiyyətli siyasi alternativ təklif edə biləcəklər.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib.

“Hazırda BRİKS iqtisadi birlik görüntüsü yaradır, amma Vladimir Putinin çağırışı bir növ manifestdir. BRİKS ölkələri və Qoşulmama Hərəkatı dünya əhalisinin yarıdan çoxunu təmsil edir. Ona görə də digər siyasi qüvvələrin müdaxiləsinə baxmayaraq, onlar regionlarda öz institutlarını yaratmaq niyyətindədirlər. Görünən odur ki, yaxın gələcəkdə bu təşkilat bir növ siyasi kimlik əldə edərək dünyaya güclü alternativ təklif edəcək”, - analitik vurğulayıb.

Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
teleqraf.com

1Mənbələr