Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri müxtəlif markalı 10 tüfəngi təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Mənbə: AZƏRTAC