AZ

UEFA ruslarla bağlı qadağa qoyacaq

UEFA AVRO-2024-də Ukrayna millisinin oyunlarına azarkeşlərin Rusiya bayrağını gətirmələrini qadağan etməyi planlaşdırır. Matc.az xəbər verir ki, daha əvvəl Almaniya - Şotlandiya və İngiltərə - Serbiya görüşlərində Rusiya bayraqları tribunalarda peyda olub. Ukraynada baş verən hadisələrlə əlaqədar FİFA və UEFA-nın qərarı ilə 2022-ci ilin fevralından etibarən bütün Rusiya milliləri və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ukrayna millisi AVRO-2024-də ilk oyununu bu gün Rumıniyaya qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
matc.az

1Mənbələr