AZ

Los-Ancelesdəki meşə yanğınından 1200 nəfər təxliyə edilib

Los-Ancelesdəki meşə yanğınından 1200 nəfər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında meşə yanğınının sürətlə yayılması nəticəsində 1200 nəfərin təxliyə edildiyi bildirilib.Kaliforniya Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamada, Los-Anceles şəhəri yaxınlığında baş verən meşə yanğınının 12 min hektardan çox əraziyə yayıldığı bildirilib.Açıqlamada yanğından zərər çəkmiş yaşayış massivlərində 1200 nəfərin təxliyyə edildiyi, yanğının yayıldığı ərazilərdə yanğınsöndürmə briqadalarının olduğu qeyd edilib.Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.Bu arada açıqlamada yüksək hava istiliyinin və aşağı rütubətin davam edəcəyi bildirilib və mümkün yeni təxliyə qərarlarının verilə biləcəyi ilə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.Qeyd edək ki, güclü külək və rütubət səbəbindən Los-Anceles Milli Hava Xidməti tərəfindən qırmızı xəbərdarlıq edilib.Mənbə: AA

Seçilən
14
6
afn.az

10Mənbələr