AZ

Messi 1,4 milyarddan imtina etdi - Səbəb

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messinin Səudiyyə Ərəbistanından aldığı, amma imtina etdiyi təklifin maliyyə detalları bəlli olub.
  Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu futbolçunun xidmətində maraqlı olan “Əl-Hilal”ın prezidenti Anmar Al-Haili açıqlayıb. O bildirib ki, ötən yay PSJ-dən ayrılan forvarda 1,4 milyard avroluq müqavilə təklif olunub. Messi isə MLS-də oynamağa üstünlük verib.

Qeyd edək ki, “İnter Mayami”yə azad agent kimi keçən argentinalı 29 oyunda 25 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
manset.az

2Mənbələr