AZ

Türkiyədən ən çox kim mənzil alıb?

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin may ayı üçün "Mənzil Satış statistikası" məlumatlarını açıqlayıb. 

"Cebhe.info" xəbər verir ki, statsitikaya görə, ölkə daxilində mənzil satışları əvvəlki ilə görə  2,4 faiz azalarkən, əvvəlki aya görə 46,3 faiz artdı. May ayında Türkiyə daxilində 110 min 588 ev satılıb. Əvvəlki ayda 75 min 569 ev satılmışdı. 

Satışın ən çox olduğu bölgələr arasında 18 min 814 ilə İstanbul, 9 min 861 ilə Ankara və 6 min 306 ilə Antalya yer alır. Ən az ev satışının olduğu ərazilər bunlardır- Bayburtda 37, Ardahanda 46 və Hakkaridə 60 mənzil. 

Mənzil satışları yanvar-may dövründə öyən ilin eyni dövrünə görə 3,4 faiz azalaraq 465 min 761 olub.

Əcnəbilərə mənzil satışları may ayında bir əvvəlki ilin eyni ayına görə 34,8 faiz azalaraq 2 min 64 olub. May ayında xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,9 faiz olub. Əcnəbilərə ev satışının ən çox olduğu bölgələr- Antalyada 797, İstanbulda 668 və Mərsində 164 olub. Əcnəbilərə mənzil satışı yanvar-may dövründə bir əvvəlki ilin eyni dövrünə görə 45,8 faiz azalaraq 9 min 21 olub. Milliyyətinə görə, ən çox evi Rusiya Federasiyası vətəndaşları alıb. May ayında Rusiya vətəndaşlarına 437 mənzil, iranlılara 207 mənzil,  Ukrayna vətəndaşlarına isə 171 mənzil satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
cebheinfo.az

1Mənbələr