AZ

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi uğurlarının bariz nümunəsidir - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə münasibətlərinin ali səviyyəsini özündəəks etdirən Şuşa Bəyannaməsi, ölkələrimiz arasındakı dostluğun,qardaşlığın, vəhdətin dünyaya nümayişidir. Ölkələrimiz arasındamünasibətlər hər bir sahə üzrə dinamik şəkildə inkşaf edərək ən alisəviyyəyə çatmışdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlərininkşaf etməsi və ali səviyyəyə çatması cənab İham Əliyevin vəqardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb TayyibƏrdoğanın həyata keçirdiyi uğurlu və müdrik siyasətin bariznümunəsidir.

Vətən müharibəsi başlanan gündən qardaş Türkiyə Azərbaycanaqarşı birmənalı olaraq açıq şəkildə dəstəyini ifadə etdi vəmüharibənin ilk günündən Türkiyə öz mövqeyini bildirərəkAzərbaycanın tək olmadığını bildirməsi ölkələrimiz arasındaqardaşlıq və dostluğun yüksək qiymətləndirilməsini bir daha sübutuidi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını,dostluğunu bütün dünyaya bildirən bir hüquqi sənəddir. AzərbaycanPrezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti hörmətli RəcəbTayyib Ərdoğan arasında 15 iyun 2021-ci il tarixində imzalanan ŞuşaBəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yenimərhələsinin əsasını qoydu və Şuşa Bəyannaməsinin imzalanmasıölkələrimiz arasında dostluğun, qardaşlığın yeni tarixi mərhələsinəqədəm qoymasından xəbər verir.

Şuşa Bəyannaməsi imzalanarkən cənab İlham Əliyev bu siyasi aktıntarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Bu gün Şuşadadalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizigöstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardanəziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanabirmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilksaatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm biziruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütünqüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, TürkiyəAzərbaycanın yanındadır və müharibənin ilk saatlarından sondəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin,qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi vəmənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindəngələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir dahabütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir”.

Şuşa Bəyannaməsinin ortaya qoyduğu digər mühüm məsələlərdən biridə xaricdə yaşayan Azərbaycan və Türk icmaları arasında informasiyamübadiləsini yüksəltmək eyni zamanda diplomatik səyləribirləşdirməkdir. Eyni zamanda ölkələrimiz arasında beynəlxalqaləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində mediaplatforması, diaspor sferası, qarşılıqlı əlaqələrin birgəgenişləndirilməsinə zərurət yaranıb və bu istiqamətdə gələcəkdəgenişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər də ŞuşaBəyannamədə öz əksini tapıb.

Hər iki dövlətin münasibətlərinə tarixən nəzər saldıqdaAzərbaycan və Türkiyə arasındakı münasibətlər sıradan birdövlətlərarası əlaqədən daha çox dostluq, qardaşlıq və dərin tarixibağlılıqla xarakterizə etmək olar. Azərbaycan və Türkiyəninbir-birinə olan yaxınlığı tarixin, mədəniyyətin, dilin, dinin vəmənəvi-milli maraqların harmoniyasından irəli gəlir. Ölkələrimizarasında dostluq, qardaşlıq münasibətləri əsrlərlə formalaşmış vəhər iki xalqın ortaq mənəvi, mədəni dəyərlərini əks etdirən birəlaqə nümunəsinə çevrilmişdir. Tarixi əlaqələr, hər iki ölkəninbeynəlxalq arenada daha güclü mövqe tutmasına və regionda sülhün,sabitliyin təmin olunmasına xidmət edir. Ölkəmizin Türkiyə ilə olanstrateji müttəfiqliyi regionda digər dövlətlərin də bu əməkdaşlığınəzərə almasını zəruri edir və hər iki ölkənin maraqlarınınqorunmasına xidmət edir. Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsiölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətiniartırır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərihaqqında Şuşa Bəyannaməsinin imzalanması gələcəkdə ölkələrimizarasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafınıtəmin edəcəkdir.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
az.trend.az

2Mənbələr