AZ

Yaponiyada "ət yeyən" bakteriyasına yoluxma sayı ən yüksək həddə çatıb

Yaponiyada "ət yeyən" bakteriyasına yoluxma sayı ən yüksək həddə çatıb

Yaponiyada potensial ölümcül hesab edilən və “ət yeyən” bakteriyaların yaratdığı streptokok toksik şok sindromu (STSS) hallarının sayı indiyədək ən yüksək həddə çatıb.Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada, bu ilin iyun ayının əvvəlinə ölkədə STSS yoluxma sayının 977-yə çatdığı bildirilib.Qeyd edilib ki, 2023-cü ilin eyni dövründə 941 yoluxma qeydə alınıb və bununla da qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər bu halların sayı rekord səviyyəyə çatıb.Xəstəlik "streptococcus pyogenes" bakteriyası tərəfindən qaynaqlanır, boğaz ağrısı ilə müşayiət olunur və sonradan ətraf üzv nekrozu və çoxlu orqan çatışmazlığına səbəb ola bilir.Bildirilib ki, daha çox ölümcül və yoluxucu bakteriya növlərinin səbəb olduğu infeksiya halları xüsusilə paytaxt Tokioda yerləşən Kanto bölgəsində getdikcə artır.Qeyd edilir ki, COVID-19 tədbirlərinin yumşaldıldığı 2023-cü ilin yazından bu yana yoluxma hallarının sayının artması ilə bağlı narahatlıq var.

Seçilən
108
10
afn.az

10Mənbələr