AZ

Milyarder Saks: “Qərbin Rusiya haqqında təsəvvürləri dünyaya təhlükədir”

“Qərbin Rusiya Federasiyası haqqında yanlış təsəvvürləri bütün dünya üçün təhlükəlidir”.

Musavat.com xəbər verir ki, bunu amerikalı biznesmen və milyarder Devid Saks X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.

“Saxta populist Meloni Rusiyanın müharibəni uduzduğu alternativ reallıqda yaşayır”, - deyə o, fikirlərini bölüşüb. Sahibkarın sözlərinə görə, Avropa liderləri hərbi konfrans keçirir və bunu sülh sammiti adlandırırlar. Milyarder deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan qeyd-şərtsiz təslim olmağı tələb edir və bunu sülh formulu adlandırır. "Onların xəyalları bütün dünya üçün təhlükəlidir", - Saks deyib.

İş adamı İsveçrədə keçirilən sammitdə İtaliyanın baş naziri Corci Meloninin Rusiya Federasiyasının sammitdə elan edilmiş şərtlərlə razılaşmadığı təqdirdə “Qərb onu təslim olmağa məcbur edəcək” bəyanatını şərh edib.

Onu da qeyd edək ki, milyarder Saks son bir ildə Rusiyaya rəğbət məzmunlu açıqlamalar verməsi, Qərbi bu ölkəyə qarşı aqressiv siyasət yeritməkdə qınaması ilə məşhurdur.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
musavat.com

1Mənbələr