AZ

Netanyahu fövqəladə hərbi kabineti buraxdı

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hərbi kabinetin fəaliyyətini dayandırdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Bu qərarın İsrail müxalifətinin lideri Benni Qantsın koalisiyanı tərk etməsindən sonra verildiyi qeyd olunur.

Belə ki, fövqəladə hərbi kabinetin üzvü olan Qants Qəzza zolağının müharibədən sonrakı gələcəyi ilə bağlı Netanyahu ilə fikir ayrılığına görə iyunun 9-u hökumətdən istefa verdiyini açıqlamışdı.
Xatırladaq ki, fövqəladə hərbi kabinet 2023-cü ilin oktyabrın 7-dən 4 gün sonra, oktyabrın 11-i HƏMAS ilə mübarizə üçün yaradılmışdı.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
22
bizim.media

10Mənbələr