AZ

Husilər iki gəmini və bir ABŞ esminesini vurub

Husilər iki gəmini və bir ABŞ esminesini vurub

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində 2 gəmini və bir ABŞ esminesini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıblar.Husilərin "Əl-Mesirah" televiziya kanalına danışan Hərbi sözçüsü Yəhya Seri, Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.Qırmızı dənizdə bir ABŞ esminesinin ballistik raketlərlə, “Kapitan Paris” adlı gəminin isə dəniz raketləri ilə hədəf alındığını qeyd edən Seri, Oman dənizində “Happy Condor” adlı gəminin PUA-larla vurulduğunu bildirib.Husilərin sözçüsü qeyd edib ki, Qəzza zolağına hücumlar bitənə və bölgədəki blokada aradan qalxana qədər hücumlar davam edəcək.

Seçilən
60
2
afn.az

3Mənbələr