AZ

Suraxanıda 2000-dən çox aztəminatlı ailəyə qurban payı verildi

Suraxanı rayonunda Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. 

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kəsilən qurbanlar 2-3 kq olmaqla 2000-dən çox aztəminatlı ailəyə, şəhid və qazi ailələrinə, xüsusi qayğıya ehtiyacı olan əlillərə və autizm sindromlu vətəndaşlara paylanılıb. 

Bayram payı alan sakinlər kəsilən qurbanların qəbul olunmasını diləyərək Qurban bayramının xalqımız və ölkəmiz üçün xeyir, bərəkət, bol ruzi gətirməsini arzulayıb, onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.  SEO Nədir


Telegram kanalımız
Seçilən
67
yenisabah.az

1Mənbələr