AZ

Niyaməddin Musayev saxlanılmasından danışdı: “Məndən də dəfələrlə pul istəyiblər” - VİDEO

Məlumata görə, Xalq artisti Niyaməddin Musayev Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, müvafiq söhbət aparılıb. 

Məsələ ilə xalq artisti Niyaməddin Musayev "Cebhe.info"-ya açıqlmasında deyib ki, onu polisin saxlamasına səbəb parklanma ilə bağlı yaranmış bir vəziyyət idi: 

"Mən uzun müddət xalqımın mədəniyyətinə, incəsənətinə xidmət etmişəm. Mənim gördüyüm işlər çoxlarına məlumdur. Çoxları da bilir ki, mən ölkəmizin qanunlarına riayət etmişəm. Həyatım boyu qanunlara hörmətlə yanaşmağa çalışmışam. Bu səbəbdən mən Ağ şəhərdə idmanla məşğul olmaq üçün avtomobili park edib saxlamaq istəyəndə mənə cərimə yazılmaması üçün polis əməkdaşlarına müraciət etmişdim. Onlar da sağ olsunlar,  mənə lazımı dəstəyi oldular. Mənə dedilər ki, narahat olmayın, axşam saat 22:00-dan səhər saat 7:00-dək  parklanma pulsuzdur. Heç bir  "parkovşik"-ə ödəniş etmək lazım deyil". 

Xalq artisti qeyd edib ki, əvvəllər olduğu kimi indi də gecə saatlarında "parkovşiklər" tərəfindən pul istənilir: "Bəzi nadan şəxslər ölkənin qanunlarına riayət etməyərək sürücülərdən pul istəyirlər. Məndən də dəfələrlə pul istəyiblər. 

Mən bu günə qədər heç vaxt onlara izah edə bilmədim ki, mən sizə yox, dövlətə ödəniş etməliyəm. Məhz elə bu səbəbdən polisə müraciət etdim ki, mənə hər hansısa cərimə gəlməsin". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
cebheinfo.az

1Mənbələr