AZ

"Qarabağ"ın daha bir komandası finalda: Rəqib "Sabah"dır – VİDEO

"Qarabağ"ın daha bir komandası Azərbaycan çempionatının finalında oynayacaq.

Prosport.Az-ın xəbərinə görə, klubun 15 yaşadək komandası AFFA U-15 Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Neftçi" ilə qarşılaşıb. "Sərhədçi" İdman Mərkəzinin stadionunda keçirilən matç Ağdam komandasının böyük hesablı qələbəsi ilə nəticələnib – 5:1. "Qarabağ"ın qollarına Onur Əliyev, Riad Qaradağlı, Alı Abdullayev, Eldar Abbasov və Kəmaləddin Cəfərov imza atıb. Bu komandalar arasında ilk görüş də "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatdığından, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv finala yüksəlib. "Qarabağ"ın finaldakı rəqibi iyunun 20-də "Sabah" klubu olacaq. "Sabah" "Sumqayıt"ı cavab oyununda 1:0 məğlub edərək finala çıxıb.

"Qarabağ"ın U-14 komandası isə yarımfinal mərhələsinin ilk oyununda "Vətən" klubu ilə qarşılaşıb. "ASK Arena"nın 4-cü meydançasında keçirilən matç "köhlən atlar"ın qələbəsi ilə nəticələnib – 3:2. Asif Əlizadənin yetirmələrinin qollarına Arda Əzizli, Məhəmməd Məmmədov və Uğur Qurbanlı imza atıb. Cavab oyunu sabah "Sərhədçi" İdman Mərkəzinin stadionunda olacaq. Görüş saat 18:30-da başlayacaq.

Qeyd edək ki, artıq "Qarabağ"ın U-13 komandası Azərbaycan çempionu olub.




View this post on Instagram A post shared by Qarabağ Futbol Akademiyası (@fkqarabagh__academy)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
prosport.az

1Mənbələr