AZ

Sautqeyt: "Serbiya ilə oyunda çətinlik çəkdik"

İngiltərə millisi Avro-2024-də keçirdiyi ilk oyunda Serbiya seçməsini 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt matçdan sonra açıqlama verib. İngilis mütəxəssis çətinlik çəkdiklərini bildirib:

"Serbiya millisi çox güclü komandadır. Bir az çətinlik çəkdik. Bu, bizim üçün yaxşı idi. Təzyiq altında olarkən qapımızı müdafiə edə bildik. Birinci hissədəki oyunumuzdan məmnun qaldım. İkinci yarıda topu özümüzdə saxlaya bilmədik. Amma qələbə qazanmaq və turnirə yaxşı başlamaq vacibdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
sportal.az

1Mənbələr