AZ

Türk rejissorun filminə Amerikadan mükafat

Rejissor Tolqa Karaçelikin ssenarisi və rejissorluğu ilə çəkilən “Shallow Tale” dünya premyerasının keçirildiyi Tribeca Film Festivalında Ən Yaxşı Tamaşaçılar Mükafatına layiq görülüb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Tolqa Karaçelikin yeni filmi Tribeca Film Festivalında mükafat qazanıb. Tam adı “Serial qatil haqqında yazmağa qərar verən yazıçının dayaz nağılı” olan film festivalın “Spotlight povest” bölməsinə daxil edilib. Bu həm də Sinan Eczacıbaşı, Alihan Yalçındağ və Scott Aharoni tərəfindən qurulan prodüser şirkəti Curious Gremlin ilə beynəlxalq müstəqil film sənayesində ilk imza atması idi.

Baş rollarda Steve Buscemi, Con Magaro və Britt Lower çəkildiyi film, boşanma ərəfəsində olan uğursuz yazıçı ilə təqaüdçü serial qatilinin qəribə dostluğundan bəhs edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
tribunainfo.az

1Mənbələr