AZ

Taylandda raket festivalında fəlakət: Çoxlu sayda yaralı var!

Olaylar.az xəbər verir ki, Taylandda keçirilən yerli raket festivalında əldəqayırma raketlərdən birinin tamaşaçıların olduğu əraziyə düşməsi nəticəsində azı 15 nəfər xəsarət alıb.

Taylandın Roi Et əyalətində yerli əhalinin ənənəvi olaraq hər il keçirdiyi raket festivalında fəlakət baş verib.

Yerli vaxtla saat 17:00 radələrində baş verən hadisədə buraxılış zamanı yaranan texniki nasazlıq nəticəsində 2 metrlik raket idarəetmədən çıxaraq tamaşaçıların şounu izlədiyi əraziyə düşüb.

Qəzada 4-ü ağır olmaqla azı 15 nəfər yaralanarkən, yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən bölgədəki xəstəxanalara çatdırılıb.

Hadisənin baş verdiyi anlar şounu izləyən bəzi iştirakçılar tərəfindən lentə alınarkən, görüntülərdə raketin buraxılış meydançasında sıxışdığı və daha sonra kütləyə tərəf döndüyü və çaxnaşmaya səbəb olduğu görünürdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
olaylar.az

1Mənbələr