AZ

Nüvə silahı xərcləri rekord həddə, 91,4 milyard dollara çatıb - “Guardian“

Dünya gücləri il ərzində nüvə silahına xərclərini 13% artıraraq, 2023-cü ildə rekord həddə - 91,4 milyard dollara çatdırıblar. xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın məlumatlarına istinadən yazıb.

Qeyd olunur ki, hələ 2022-ci ildə ölkələrin nüvə silahına ümumi xərcləri 80,7 milyard dollar təşkil edib. Nüvə sektorunun inkişafına ən çox ABŞ (51,5 milyard dollar), Çin (11,9 milyard dollar) və Rusiya (8,3 milyard dollar) maliyyə ayırıb.

Ekspertlər ümumi illik xərclərin gələcəkdə 100 milyard dolları keçəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünya gücləri arasında nüvə təhdidləri xeyli artıb. Xüsusən də Rusiya Qərbi hədələyir, Şimali Koreya isə aktiv ballisstik raket sınaqları keçirir. 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenkonun  “The Times” qəzetinə  yenicə verdiyi diqqətçəkən açıqlamada isə  deyilir ki, artıq Moskvanın nüvədən istifadəsi an məsələsidir. O, məşhur nəşrə müsahibəsində bildirib ki, Kreml rəhbəri Vladimir Putin Rusiya ordusu Ukraynada məğlub olacağı təqdirdə taktiki nüvə silahından istifadəyə göstəriş verə bilər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
news365.az

1Mənbələr