AZ

Baş məşqçidən Kriştianu Ronaldunun dostlarına qadağa

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştianu Ronaldunun dostlarına komanda ilə bir oteldə qalmağı qadağan edib. Msport.az xəbər verir ki, ulduz futbolçunun yaxın ətrafı hər zaman yığma ilə bir yerdə olublar və hətta komandanın iclaslarına qatılıblar.

Vaxtilə millinin məşqçiləri Kriştianunun əhval-ruhiyyəsinin yüksək olması və darıxmaması üçün bu addımı atıblar.

Xatırladaq ki, Portuqaliya seçməsi Avro-2024-də ilk oyununu iyunun 18-də Çexiyaya qarşı keçircək.

 

Seçilən
153
msport.az

1Mənbələr