Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təchiz olunur.
Yasamal Rayon İcra Hakimiyyətinın başçısı Elşad Həsənov öz çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli fərmanı ilə hər il iyunun 17-də Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günü peşə bayramı günü kimi qeyd etməyi tibb işçilərinə təqdim edən edən Ulu Öndərimiz Heydər Əliyevin səhiyyə sistemində fədakarcasına çalışan tibb personalına, həkimlərə, ziyalı alimlərə göstərdiyi diqqətin, qayğının təzahürü idi. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaratmış, beynəlxalq əlaqələr genişləndirilmişdir. Ölkəmizdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri Fazil Abbasov və şöbə müdiri Nərgiz Məmmədova öz çıxışlarında ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlardan və bu uğurların əldə olunmasında Ümummilli lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətlərindən bəhs etdilər. Çıxışlardan sonra Yasamal rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup səhiyyə işçisi Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının fəxri fərmanları ilə təltif olundular.