AZ

Avropa klublarının yeni reytinq cədvəli: “Qarabağ”ın mövqeyi bilindi

Avropa klublarının yeni reytinq cədvəli açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, 400 klubun yer aldığı siyahıda Azərbaycanın dörd təmsilçisi yer alıb.

Onlar arasında ən yüksək reytinqə malik komanda Azərbaycan çempionu “Qarabağ”dır. Ağdamlılar 259 xalla 62-ci yerdə qərarlaşıb.

19 xala malik “Neftçi” və aktivində 15 xal olan “Sabah” “300-lük”də yer alıb. Onlar müvafiq olaraq 245 və 267-ci pillədədirlər. Reytinqin 336-cı sırasında olan “Zirə”nin isə 6 xalı var.

Siyahıya “Real” başçılıq edir. İspaniya çempionunun aktivində 2362 xal var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
futbolinfo.az

1Mənbələr